BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
49238

Məlumat verdiyimiz kimi Kapital Bank korporativ sosial məsuliyyət istiqamatinə  uyğun olaraq Qırmızı Ürəklər (Red Hearts) Fondu ilə birgə “Hər şey mümkündür!” adlı sosial layihə həyata keçirir. 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən layihənin əsas məqsədi Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların cəmiyyətdə aktiv iştirakının təmin edilməsi, onların həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik, müyəssərlik meyarlarının artırılmasıdır.   

Layihənin davamı olaraq Daun və autizm sindromlu, eləcə də əlilliyi olan uşaqların incəsənətə marağını, bu sahənin onların səhəttinə müsbət təsirini nəzərə alaraq     1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Eko çanta üzərində rəsm”, “Akril boya ilə kətan üzərində rəsm", “Keramika” master-klasları həyata keçirilib.

Cəmiyyətdə sosial dəstəyə ehtiyacı olan şəxslər tərəfindən böyük maraqla qarşılanan “Hər şey mümkündür!” layihəsi artıq beynəlxalq səviyyədə bir neçə uğur qazanıb. Belə ki, layihə “Felis Mükafatları” çərçivəsində 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi “Brand Week” tədbirində “Ən yaxşı reklam kampaniyası” və “Ən yaxşı film” nominasiyasında qızıl mükafata layiq görülüb. 2021-ci ildə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da isə layihə iki nominasiya üzrə bürünc medal qazanıb.

Eyni zamanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində sosial dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etmək üçün Qırmızı Ürəklər Fondu “İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə “Ramazan xeyriyyə yarmarkası” keçirib. Yarmarkadan toplanan ianələr hesabına Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbinə gigiyenik, təmizlik və geyim vasitələri alınıb. Bununla yanaşı Sumqayıt şəhərində yaşayan 16 yaşa qədər olan 109 şəhid övladına “Əli və Nino” kitab mağazaları şəbəkəsindən hədiyyə kartları təqdim edilib.

Qeyd edək ki, “Red Hearts”-Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin