“Payonix” BOKT-un Müşahidə Şurasının üzvü niyə cərimələnib?
“Payonix” Bank Olmayan Kredit Təşkilatının (BOKT) Müşahidə Şurasının üzvü Bağırov Fuad Elçin oğlu Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən cərimələnib.
Valyuta.az xəbər verir ki, İdarə Fuad Bağırova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərin üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Fuad Bağırovun konkret hansı məbləğdə cərimələndiyi məlum deyil. Məlum olan odur ki, “Payonix” BOKT-un İdarə Heyətinin üzvü qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.
Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.
“Payonix” BOKT 30 iyun 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 300 000 manatdır. Şirkətin qanuni təmsilçisi Əliyev Elnur Nüslət oğludur.
Şirkət yarananda nizamnamə kapitalı 300 000 manat olub. 2024-cü ilin yanvarına kimi “Payonix” BOKT-u Fətəliyev Anar Akif oğlu təmsil edib.
Fuad Bağırova gəlincə, o, həm də “Payonix” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay