BVF Çinin iqtisadi artımı ilə bağlı proqnozunu artırdı
Beynəlxalq Valyuta Fondu (BVF) Çin iqtisadiyyatı üçün artım proqnozunu artırıb. Yeni hesablamalara görə, Çin ÜDM-i 2024-cü ildə 5%-ə, 2025-ci ildə isə 4,5%-ə yüksələcək.
Valyuta.az xəbər verir ki, bu barədə BVF-nin press-relizində deyilir.
Fondun analitikləri birinci rüb üçün güclü Çin ÜDM məlumatları fonunda proqnozlarını yuxarıya doğru nəzərdən keçiriblər. Bundan əlavə, qərara Pekinin iqtisadiyyatı stimullaşdırmaq üçün atdığı son addımlar təsir edib.
Ekspertlərin fikrincə, indi Çin üçün prioritet daşınmaz əmlak sektorunu sabitləşdirmək və daxili tələbi stimullaşdırmaqdır.
Bundan əvvəl BVF ABŞ və Çin arasında ticarət münaqişəsi səbəbindən qlobal ÜDM-in mümkün azalması barədə xəbərdarlıq etmişdi. Təşkilat dollara əsaslanan qlobal maliyyə sisteminin həddindən artıq yüklənməsinə də işarə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay