Dünyada işsizlərin sayı azalacaq – HESABAT
Çin, Hindistan və yüksək gəlirli ölkələrdə makroiqtisadi sabitlik və gözləniləndən daha zəif performans nəticəsində qlobal işsizlik səviyyəsi bu il 5%-dən 4,9%-ə düşəcək.
Valyuta.az xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə dərc etdiyi hesabatda yer alıb.
Hesabata görə, işsizlik səviyyəsi 2023-cü ilə nisbətən 0,1% azalacaq. Ekspertlər 2025-ci ildə işsizliyin 4,9% səviyyəsində qalacağını düşünürlər. Bu, 2019-cu ildən, yəni pandemiyadan əvvəl qeydə alınan səviyyədən aşağıdır.
Bu il işsizlik nisbətinin azalmasına baxmayaraq, ekspertlər iş çatışmazlığının hələ də böyük problem olduğunu bildirirlər.
Hesablamalara görə, dünyada 402 milyon insan işsizdir. İnkişaf etməkdə olan ölkələrdə iş çatışmazlığı sənayeləşmiş ölkələrlə müqayisədə daha ciddidir və qadınlar kişilərdən daha çox təsirlənir.
Statistik məlumatlara görə, qadınların 45,6 faizi, kişilərin isə 69,2 faizi məşğul hesab olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay