Prestij simvolu olan “Rolex” necə bir dünya brendinə çevrildi?
Müasir dünyada “Rolex” marka saatları status və prestij simvolu kimi qəbul edilir. Lakin brendin yaradıcısı Hans Wilsdorf dünya brendi qurmağa hazırlaşarkən nə pulu, nə də geniş əlaqələri var idi. Qətiyyəti və istedadı ilə böyüyən brend iki dünya müharibəsindən sağ çıxmağı bacarıb. Gəlin, əzm və qətiyyətlə dolu “Rolex” brendinin yaranma hekayəsinə birlikdə nəzər salaq.
Valyta.az Sfera.az-a istinadən bu yazıda sizə yoxsulluqdan lüksün zirvəsinə yüksəlmiş dahi Hans Wilsdorfun uğur hekayəsini təqdim edir.
Dünya miqyasında prestij və keyfiyyətin simvolu olan “Rolex” əslində əzm və qətiyyətlə dolu iş həyatında Hans Wilsdorfun uğurunun zəfəridir.
“Rolex” brendinin banisi Hans Wilsdorf 22 mart 1881-ci ildə Almaniyanın Kulmbax şəhərində anadan olub. Wilsdorf uğur qazanmaq üçün hər cür çətinliklərlə mübarizə aparmış bir iş adamıdır. Bu gün “Rolex” bütün dünyada prestij və keyfiyyət simvolu hesab olunur. Lakin bu uğur heç də asan qələbə olmayıb.
Wilsdorfun əzm və qətiyyətlə dolu hekayəsi onun bu prestijli brendi necə qurmasından bəhs edir. Gənc yaşda ailəsini itirdikdən sonra Wilsdorf İsveçrəyə köçüb və orada saat sənayesi ilə tanış olub.
Kiçik yaşlarında həyatın çətin tərəfləri ilə tanış olan Wilsdorf əvvəlcə anasını, sonra atasını itirir. Əmisi onu internat məktəbinə göndərir.
Lakin bu çətin başlanğıc onun uğurunda mühüm rol oynayır. İnternat onun əzmini, mübarizliyini gücləndirir. Burada dostluq etdiyi isveçrəli oğlan Hans Wilsdorfun saata olan marağını gücləndirir. Üstəlik, Wilsdorf tez bir zamanda internat məktəbində özü-özünü təmin edən bir insana çevrildi.
19 yaşında Wilsdorf artıq İsveçrənin Cenevrə şəhərində yeni həyata başladı.
Cenevrə bir mirvari ixracat şirkətində şagird kimi işə başlayan Wilsdorf iş həyatının mühüm taktikalarını öyrənmək üçün özünü rəsmi olaraq bu işə həsr etdi. Wilsdorf üçün işlər yaxşı gedirdi. Dövrün ən böyük saat firmalarından biri olan “Kuno Korten”dən təklif alıb və orada işləməyə başlayıb. Lakin qısa müddətdən sonra Almaniyaya qayıtmalı və hərbi xidmətini yerinə yetirməli olub.
Əsgərlikdən sonra da arzularının arxasınca getməyə davam edib.
Hərbi xidmətdən sonra Londona köçən Wilsdorf saat sənayesində özünü təkmilləşdirməyə davam etdi. O, iki il saat firmasında çalışaraq, öz saat biznesini qurmaq arzusunu reallaşdırmaq üçün lazım olan təcrübəni qazanıb. Bu müddət ərzində o, həyat yoldaşı Florens Frances Mae Crotty ilə tanış olub və evlənib.
Wilsdorf, qaynı Alfred James Davis ilə birlikdə 1905-ci ildə “Wilsdorf & Davis Limited”i qurub. Bu şirkət bir neçə il sonra “Rolex” olacaqdı.
Onların qurduqları şirkət İsveçrədən İngiltərəyə saat hissələri idxal edərək keyfiyyətli saatlar istehsal etməyə başladı. Wilsdorf, qol saatlarının gələcəkdə daha da populyarlaşacağına inanırdı. Bildiyiniz kimi, onun bu baxışı saat dünyasında inqilaba yol açdı.
1908-ci ildə “Rolex” brendi yarandı
“Rolex” adı “Wilsdorf & Davis Limited” üçün ticarət nişanına çevrildi. Wilsdorf “Rolex” sözünü hər dildə asanlıqla tələffüz edilə bilən və yaddaqalan olduğuna inandığı üçün seçmişdi.
“Rolex” yüksək keyfiyyətli qol saatları ilə adından söz etdirdi. O dövrdə varlılar tərəfindən üstünlük verilən markaya çevrilmişdi. Birinci Dünya Müharibəsi başlasa da, bu “Rolex”ə təsir etməmiş və uğurlarını artırmağa davam etmişdi.
Birinci Dünya Müharibəsi “Rolex”i daha məşhur etdi
Brend bir çox əsgərə yararsız cib saatları əvəzinə çox daha faydalı olan “Rolex” qol saatları verdi.
Ancaq “Rolex”in iki problemi var idi…
Bunlardan biri Böyük Britaniyanın beynəlxalq sərhədlərdən mal ixrac edən bütün şirkətlərə yüksək vergilər tətbiq etməsi idi. Digəri isə insanların Almaniyaya münasibətinin mənfi olması idi. Ancaq Wilsdorf bunun da həllini tapmışdı.
Wilsdorf 1915-ci ildə şirkətin adını “Rolex Watch Corporation Limited” olaraq dəyişdirdi.
20-ci illərdə Hans “Rolex”i kəşfiyyatçıların, idmançıların, yarışçıların, pilotların və saysız-hesabsız uğurlu insanların qollarında bütün dünyaya tanıtdı. Beləliklə, “Rolex” markası ilə müvəffəqiyyət, etibarlılıq və keyfiyyət arasında sarsılmaz bir bağ qurulmağa başladı.
1926-cı ildə Wilsdorf tarixin ilk suya davamlı qol saatı olan “Rolex Oyster”i təqdim etdi.
Brendin suya davamlı “Oyster” modeli ilə atılan bu addım “Rolex”ə beynəlxalq şöhrət qazandırdı. Çünki 1927-ci ildə “Mersedes” “Oyster”i tanıtmaq üçün İngiltərə və Fransanı ayıran Manş boğazını üzərək keçməyə çalışan Qleitzeyə sponsorluq etdi. “Rolex” üstün keyfiyyətə malik innovativ saatlar istehsal etməyə davam etdi.
İki dünya müharibəsindən salamat çıxdı: İkinci Dünya Müharibəsi səbəbindən böyük zərbə almasına baxmayaraq, “Rolex” dağılmadı.
Müharibə zamanı çətinliklərə səbirlə dözən “Rolex”, müharibə bitdikdən sonra yenidən ayağa qalxdı və qaldığı yerdən saat sənayesini formalaşdırmağa davam etdi.
Hans Wilsdorf 1944-cü ildə həyat yoldaşını itirdi. Həyat yoldaşının xatirəsini yad etmək üçün “Wilsdorf Fondu”nu qurdu!
Müharibələrdən və şəxsi acılarından sonra da “Rolex” böyüməyə davam etdi. 1953-cü ildə tarixin ən əfsanəvi saatı olan “Rolex Submariner” istehsal edildi.
1960-cı ildə “Rolex”in qurucusu Hans Wilsdorf vəfat etdi
Bu tarixdən etibarən “Rolex” “Wilsdorf Fondu”na köçürüldü. Wilsdorfun ölümündən sonra “Rolex” özünü lüks brend kimi göstərməyə başladı. Bu, “Rolex”in bu gün prestij və status simvoluna çevrilməsinin əsasını qoydu.
Bu gün də Hans Wilsdorfun heyrətamiz hekayəsi hədəflərə gedən yolda heç vaxt təslim olmamağın vacibliyini vurğulayır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay