Rusiyaya polis texnikası və telefon dinləmə texnologiyalarının idxalı qadağan edildi
Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiya rejimi rabitəni dinləmək, izləmək və ya ələ keçirmək üçün Rusiya Federasiyasına avadanlıq və texnologiyanın verilməsini qadağan edir.
Valyuta.az xəbər verir ki, ölkəyə polis texnikası və digər ləvazimatların idxalına da qadağa qoyulub. Aİ-nin qərarına əsasən, bütün bu texnologiya və avadanlıq Rusiyada repressiya üçün istifadə olunur.
Bombaların, tikanlı məftillərin, partlayıcı maddələrin, odlu silahların və s. ixracı da qadağan edilmişdi. Qadağa Aleksey Navalnıya, Aleksandra Skoçilenkoya və Oleq Orlova qarşı cinayət işi ilə bağlı 19 hakim, prokuror və müstəntiqi qara siyahıya salan Aİ-nin yeni sanksiya rejiminin bir hissəsidir.
Rusiya Federal Penitensiar Xidməti də sanksiyalara məruz qalıb. Aİ yeni sanksiyalar rejiminin tətbiqini Rusiyada insan haqlarının pozulması kimi izah edir.
Mart ayında Aleksey Navalnının koloniyada ölümü ilə əlaqədar Avropa İttifaqı artıq şəxsi sanksiyalar tətbiq edib. Daha sonra 33 nəfərə, o cümlədən müxalifətçinin cəzasını çəkdiyi və öldüyü İK-3 və İK-6 FSİN müəssisələrinə qarşı sanksiya tətbiq edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay