Dünya
27.05.2024 / 15:30
Lüksemburq Fridmana görə Aİ sanksiyalarını pozmaq fikrində deyil
48888
Lüksemburq hökuməti rusiyalı iş adamı Mixail Fridmanın dondurulmuş aktivlərinin qaytarılması ilə bağlı tələblərindən xəbərdardır, lakin Aİ-nin sanksiyalarını pozmayacaq.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
“Lüksemburq Aİ sanksiyalarına əməl edir. Lüksemburq hökuməti cənab Fridmanın xahişindən xəbərdardır. Hazırda bu məsələ ilə bağlı heç bir hüquqi proses yoxdur”, – hökumətdəki mənbə bildirib.
Fridman Lüksemburqdan 15,8 milyard dollar tələb edir. İş adamı aktivlərinin dondurulmasını özgəninkiləşdirmə kimi qiymətləndirir.
Lüksemburq hökuməti ölkə tərəfindən “özgəninkiləşdirilən” aktivlərə görə kompensasiya ödəməkdən imtina edərsə, Fridman beynəlxalq arbitrajda iddia qaldıracağına söz verib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay