Dünya
25.05.2024 / 09:46
Pentaqon 7,5 milyard dollara JDAM komplektləri sifariş edib
48811
Birləşmiş Ştatlar “Boeing”dən 7,49 milyard dollar dəyərində aviabombaların planlaşdırma və korreksiyası komplektləri olan JDAM sifariş edib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında bildirilib.
Bu dəstlər sərbəst düşən bombaları 75 km-ə qədər məsafədən hədəfləri planlaşdıra bilən lazerlə idarə olunan, dəqiq idarə olunan sursatlara çevirir.
Qeyd olunub ki, tədarük müddəti və həcmi müqavilə ilə məhdudlaşmır, lakin xidmət ABŞ-nin Müdafiə Nazirliyi tərəfindən sabit qiymətlərlə alınacaq. Sifariş üzərində işlərin “Boeing” tərəfindən 29 fevral 2030-cu ilə qədər başa çatdırılması gözlənilir. Onlar Missuridə istehsal olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay