Səbail Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi cərimələndi
Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi barəsində protokol tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, Birliyin rəisi Həsənov Elçin Alşan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 199 maddəsi ilə protokol tərtib edilib.
Birlik rəisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilən protololla bağlı məhkəməyə şikayət verib.
İş Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın icraatındadır.
Məhkəmə protoklu qüvvədə saxlayarsa, məcəllənin 199-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə işəgötürən 700 manatdan 1.500 manatadək məbləğdə cərimə ediləcək.
Sadiq İsbəndərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay