Məşhur şokolad istehsalçısı 337,5 milyon avro cərimələndi
Avropa Komissiyası Amerika qənnadı şirkəti "Mondelez"i ("Oreo", "Alpen Gold", "Milka", "Toblerone" istehsalçısı) şokolad bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə 337,5 milyon avro cərimələyib.
Valyuta.a bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
"Mondelez" 2012-2019-cu illər arasında topdansatışçıların məhsullarını yenidən sata biləcəyi Avropa İttifaqı ərazilərini məhdudlaşdıraraq qanunu pozub. Bundan əlavə, AK-nin məlumatına görə, 2006-cı ildən 2020-ci ilə qədər şirkət distribyutorlara digər Avropa ölkələrində satış sorğularına cavab verməyə icazə verməyib. Nəticədə qonşu Aİ ölkələrində "Mondelez" məhsullarının qiymət fərqi 40%-ə çata bilər.
Qeyd edək ki, bu, Avropa Komissiyasının antiinhisar qanunlarını pozduğuna görə iri istehsalçını cərimələdiyi ilk hal deyil. Bundan əvvəl AK dünyanın ən böyük pivə istehsalçısı "Anheuser-Busch InBev"i məşhur "Jupiler" pivəsinin Niderlanddan Belçikaya daha ucuz idxalını məhdudlaşdırdığına görə 200 milyon avro cərimələyib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay