BAKU Azərbaycan
11.01°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
48662

2023-cü ildə dövlət büdcəsi xərcləri 6 ay proqnozdan artıq, 6 ay isə proqnozdan az icra olunub.

VAlyuta.az xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.

Hesabatda bildirilib ki, proqnozla müqayisədə ən yüksək icra səviyyəsi 144,7% təşkil etməklə dekabr ayında qeydə alınıb. Belə ki, dekabr ayında 7 milyard 302,8 mln. manat xərc edilib ki, bu da 2023-cü ildə icra olunmuş cəmi dövlət büdcəsi xərclərinin 20 %-nə bərabərdir.

Qeyd edilib ki, ötən il ilk 11 ay üzrə orta aylıq icra göstəricisinə (2650,5 mln. manat) nəzər salsaq, dekabr ayında icra edilmiş xərclərin müvafiq göstəricidən 2,8 dəfə çox olduğunu deyə bilərik. Dekabr ayında yüksək icraya digər amillərlə yanaşı, il ərzində büdcəyə yenidən baxılaraq xərclərin artırılması və bunun ilin ikinci yarısında həyata keçirilməsi də təsir edir. Belə ki, dövlət büdcəsi xərclərinin rüblük bölgüsü yenidən aparılmaqla, 3-4-cü rüblər üzrə xərclər 3 milyard 271,5 milyon manat və ya 6,3% artırılıb.

Hesablama Palatasının əvvəlki rəylərində də bildirildiyi kimi, xərclərin ilin sonunda icra edilməsi büdcə vəsaitlərinin akkreditiv hesablara yönəldilməsinə, bank hesablarında istifadəsiz saxlanılmasına, bununla da ilin sonunda qalıq vəsaitlərin vahid xəzinə hesabına geri qaytarılmamasına şərait yaradır. Qeyd olunan hal Hesablama Palatası tərəfindən həyata keçirilən bəzi kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı da aşkar edilib. Qurumlar tərəfindən Hesablama Palatasına 2023-cü il büdcə vəsaitlərindən istifadə ilə bağlı təqdim edilmiş məlumatlar da bu faktı təsdiqləyib. Belə ki, seçmə qurumlarla əhatə edilmiş təhlillər 2023-cü il üzrə ayrılmış vəsaitlərdən təxminən 300 mln. manata yaxın vəsaitin akkreditiv hesablara yönəldildiyini, 1 mlrd. manatdan çox vəsaitin isə bank hesablarında istifadəsiz qaldığını göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

“Azercell"də rəhbər vəzifəyə yeni təyinat

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb - Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin