Dünya
22.05.2024 / 17:45
Yeni Kaledoniyada iğtişaşlar nikel qiymətlərini pik həddə çatdırdı
48629
Dünya nikel qiymətləri 2023-cü ilin sentyabrından bəri ilk dəfə olaraq bir ton üçün 20 min dolları keçib.
Valyuta.az xəbər verir ki, bu barədə "MarketWatch" məlumatg yayıb.
Saytın məlumatına görə, London Metal Birjasında (LME) bazar ertəsi hərracların bağlanışında nikelin qiyməti bir ton üçün 21,304 min dollar təşkil edib.
Dünyanın nikel ehtiyatlarının üçdə birinə qədərini təşkil edən Yeni Kaledoniyada (Sakit okeanın qərbində Fransanın xarici ərazisi) iğtişaşlar fonunda metal sürətlə bahalaşmağa başlayıb. Bazar iştirakçıları mümkün tədarükün pozulmasından narahatdırlar.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay