Türkiyədə inflyasiya birrəqəmli həddə düşəcək - Nazir
Türkiyədə inflyasiya iyun ayında yavaşlamağa başlayacaq və ilin sonuna qədər 30%-ə düşəcək.
Valyuta.az TRT-yə istinadən xəbər verir ki, bu proqnozu Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək verib.
"Gələn il inflyasiya təxminən 10%-ə, növbəti il isə birrəqəmli həddə düşəcək", deyə nazir bildirib.
Şimşək ölkədə istehlak qiymətlərinin real artım templərinin artıq hədəf göstəricilərlə üst-üstə düşməyə başladığını vurğulayıb. Türkiyə Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, buna dövlətin tədbirləri sayəsində nail olunub.
Türkiyədə aprelin sonunda inflyasiya 3,18% sürətlənib və illik 69,8% təşkil edib. Eyni zamanda, nəticə 3,22% qiymət artımını gözləyən analitiklərin proqnozlarından bir qədər yaxşı olub.
Ötən həftə Ankara büdcə vəsaitlərinə qənaət və yüksək inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində dövlət qurumları üçün yeni binaların, avtomobillərin və kirayə əmlakın alınmasına üç illik qadağa tətbiq edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay