Dünya
22.05.2024 / 20:32
Konqres ABŞ dövlət borcunun artımı ilə bağlı proqnozunu saxladı
48577
Amerika Konqresi ABŞ hökumət borcunun 2054-cü ilin sonuna qədər ümumi daxili məhsulun (ÜDM) rekord həddə - 166%-ə yüksələcəyi ilə bağlı proqnozunu saxlayıb.
Valyuta.az bu barədə Konqresin Büdcə Ofisinin dərc olunmuş araşdırmasına istinadən xəbər verir.
Sənədə əsasən, ABŞ-ın dövlət borcu 2024-cü ildə ÜDM-in 99%-dən 2054-cü ildə ÜDM-in 166%-nə yüksələcək. Büdcə İdarəsi vurğulayıb ki, dövlət borcunun həcmi əvvəlki bütün rekordları üstələyəcək və bundan sonra da artmaqda davam edəcək. Əgər özəl investisiyalar azalarsa və ya dövlətin gəlir və xərcləri indiki səviyyədə qalsa, 30 ildən sonra dövlət borcu ÜDM-in 250%-ni keçə bilər.
Beləliklə, 2023-cü ilin martında tərtib edilmiş əvvəlki proqnoz dəyişməyib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay