Ekspert Yuşkov: Ukraynadan Qaz tranziti sazişi nə Moskva, nə də Kiyev üçün sərfəlidir
Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, nə Rusiya, nə də Ukrayna tərəfi hazırkı qaz tranziti sazişinin uzadılmasında maraqlıdır.
Valyuta.az xəbər verir ki, bu barədə Lenta.ru yazır.
Ekspert vurğulayıb ki, belə bir müqavilə “Qazprom” üçün sərfəli deyil və onun müddəti uzadılacağı təqdirdə, Kiyev maraq göstərmədiyi Moskva ilə bundan sonra da əməkdaşlıq etmək istədiyini nümayiş etdirəcək.
Yuşkovun sözlərinə görə, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin ümumiyyətlə davam edib-etməyəcəyi indi aydın deyil. Əgər tranzit olmasa, o zaman Avropa ölkələri əziyyət çəkəcək, qazın qiyməti xeyli artacaq.
Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Ukraynadan Rusiyadan qaz tranziti ilə bağlı bu ilin sonuna qədər müddəti başa çatan sazişin müddətini uzatmağı xahiş etməyi planlaşdırmır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay