Rusiyalı milyarder Lüksemburqdan 15,8 milyard dollar tələb edir
Rusiyalı milyarder Mixail Fridman Lüksemburq hökumətinə ölkədə dondurulmuş aktivlərə görə ona 15,8 milyard dollar təzminat ödənilməsi ilə bağlı sülh danışıqlarına başlamağı təklif edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Vedomosti” bildirişin mətni ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fridmanın vəkilləri hələ fevral ayında Lüksemburq hakimiyyətinə bildiriş göndərsələr də, hələ də cavab almayıblar. İş adamı aktivlərinin dondurulmasını Avropa İttifaqının (Aİ) sanksiyalarının icrası çərçivəsində qeyri-qanuni özgəninkiləşdirmə kimi qiymətləndirir.
Nəşrin mənbələrinə görə, 15,8 milyard dollar təxmini hesablamadır, çünki sanksiyalar ucbatından Fridman Avropa İttifaqının ekspert qiymətləndiricilərinin xidmətlərindən istifadə edə bilmir və onun Lüksemburq şirkətlərinə maliyyə məlumatlarını onunla bölüşmək qadağandır.
Aprelin 10-da Lüksemburqun birinci instansiya məhkəməsi Avropa İttifaqının rusiyalı iş adamları Pyotr Aven və Mixail Fridmana qarşı tətbiq etdiyi şəxsi sanksiyaları ləğv etmək qərarına gəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay