Dünya
21.05.2024 / 18:08
Aİ Ukraynadan Rusiyadan qaz tranzitini uzatmağı xahiş etməyəcək
48538
Avropa İttifaqı Rusiya qazının icma ərazisinə tranzitinə dair sazişin müddətinin uzadılması üçün Ukrayna hakimiyyətinin köməyinə müraciət etməyəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Tim Makfi brifinqdə bildirib.
“Biz açıq şəkildə bildirdik ki, Ukraynanı sazişin müddətini uzatmağa məcbur etməyəcəyik”, deyə o qeyd edib.
Makfi xatırladıb ki, Ukraynanın Rusiya qazının tranziti ilə bağlı müqaviləsi var və onun müddəti ilin sonuna qədər başa çatır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay