Dünya
21.05.2024 / 06:22
Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub
48475
Tokiodan 1,2 min km cənubda yerləşən Yaponiyanın Oqasavara adaları ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Valyuta.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların episentri Sakit okeanda, təxminən 2 min nəfər əhalisi olan Çiçicima adası yaxınlığında olub.
Zəlzələnin ocağı təxminən 50 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay