Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi
Çin hakimiyyəti Tayvana silah tədarükünə görə üç Amerika şirkətinə qarşı sanksiya tətbiq edib.
Valyuta.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, məhdudiyyətlər General Atomics Aeronautical Systems, General Dynamics Land Systems, eləcə də Boeing Defence, Space & Security şirkətlərinə tətbiq edilir. Bu şirkətlərə Çinə məhsul idxal etmək və ixrac etmək, həmçinin ölkə iqtisadiyyatına investisiya qoymaq qadağandır. Top menecerlərin ölkəyə girişi və yaşayış icazəsi alması qadağan edilib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Çin avtomobillərinin keyfiyyətinin yüksəlməsinə görə sanksiyalar tətbiq etdiyini bildirmişdi.
ABŞ prezidenti Co Baydenin administrasiyası Çindən idxal edilən elektrik avtomobilləri, tibbi məhsullar və günəş avadanlığı kimi sektorlara təsir edən yeni tariflər elan etməyi planlaşdırırdı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay