ABŞ-ın nüvə reaktorları bağlana bilər
Rusiya uranının idxalına qoyulan qadağaya görə ABŞ -da nüvə reaktorları bağlana bilər.
Valyuta.az xəbər bu barədə RİA Novosti yazır.
Qeyd olunur ki, Rusiya uranı Amerika atom elektrik stansiyalarının istismarı üçün istifadə olunan bütün nüvə yanacağının üçdə birini təşkil edir.
Rusiya Mühəndislər İttifaqının birinci vitse-prezidenti İvan Andrievski qeyd edib ki, “Rusiya uranını əvəz etmək üçün artıq cəhdlər oldu, lakin o, yaxşı nəticə vermədi - reaktorlar bağlana bilər”.
Həmçinin, Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçıları Mett Bouen və Pol Dabbar, Rusiyadan uran tədarükü dayandırılarsa, ABŞ-ın problemlərlə üzləşəcəyini - elektrik enerjisinin qiymətlərinin artması bugünkü inflyasiya göstəricilərini keçə biləcəyini iddia ediblər.
Bundan əvvəl ABŞ Energetika Nazirliyi daxili bazarda 3,4 milyard dollar dəyərində uran almağı planlaşdırdığını açıqlamışdı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay