Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu
Çinin dövlət şirkəti CAS Space 2028-ci ildə kommersiya suborbital uçuşlara başlamaq niyyətini açıqlayıb.
Valyuta.az xəbər verir ki. bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
CAS Space-in dəqiqləşdirdiyi kimi, “kosmik turist gəmisi”nin sınaqları 2027-ci ildə keçiriləcək. Təqdim olunan xüsusiyyətlərə görə, layner yeddi nəfərə qədər sərnişin daşıya biləcək. Onlar dörd panoramik pəncərəsi olan salonda yerləşdiriləcək.
Şirkət səyahətçiləri növbə ilə kosmosun kənarına aparacaq 10 gəmi ilə yeni tikilmiş aerokosmik parkdan hər 100 saatdan bir buraxılışlar təşkil etməyi planlaşdırır. Bir biletin qiyməti təxminən 3 milyon yuan və ya 415,1 min dollar təşkil edəcək.
Baş ofisi Quançjouda yerləşən CAS Space 2018-ci ildə yaradılıb. Müəssisənin nəzarət paketi Çin Xalq Respublikasının ən böyük dövlət tədqiqat institutuna - Çin Elmlər Akademiyasına məxsusdur.
2021-ci ilin avqustunda CAS Space, Amerikanın Blue Origin şirkətinin New Shepard raketinə bənzər turist uçuşları üçün birpilləli suborbital avtomobilin hazırlanmasını elan edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay