Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir
Əfqanıstan Rusiyadan neft məhsullarının idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına və müntəzəm alışların bərpasına ümid edir.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Əfqanıstanın sənaye və ticarət naziri vəzifəsini icra edən Nuriddin Əzizi bildirib.
"Bir çox şirkətlərlə müqavilələr var. Təbii ki, bizim özəl sektorda bu müqavilələr var, lakin müqavilələr müvəqqətidir və daimi əsasda qüvvədə deyil", deyə nazirliyin nümayəndəsi bildirib.
"Əfqan şirkətləri Rusiya təchizatçıları ilə üç-dörd ay və ya altı ay müddətinə müqavilələr bağlayır. Müddəti bitəndən sonra yenidən müqavilələr bağlanır", deyə Əzizi izah edib.
Moskva 2023-cü ildə məhdudiyyətlər tətbiq edənə qədər Əfqanıstan Rusiyadan neft məhsullarının idxalını artırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay