Bank
15.05.2024 / 10:20
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 %-dən çox artıb
48133
Bu ilin aprelin 1-ə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 %-dən çox artaraq 17,4 milyon manat olub.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində deyib.
O bildirib ki, cari ilin birinci rübündə kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərinin həcmi 80 %-dən çox artaraq 16 milyard manatı keçib.
"Olkədaxili kart ödənişlərinin nağdsız dövriyyənin xüsusi çəkisi ötən illə müqayisədə 11 %-ə yaxın artaraq 62 faizə bərabər olub" - R. Orucov əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay