Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA
Azərbaycanda elektromobil istifadəsinin yayılmasını dəstəkləmək üçün, elektrikli avtomobillərin rahat şəkildə doldurulması üçün daha çox şəbəkə məntəqələrinin qurulması və mövcud olanların genişləndirilməsi əhəmiyyətlidir. Bu, Azərbaycanda elektromobil istifadəsinə daha çox insanı təşviq edəcək və onların elektrikli avtomobillərə keçməsinə təkan verəcək.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Trend-ə bildirib ki, ölkəmizdə elektromobillər üçün enerjidoldurma məntəqələrinin artırılması üçün artıq işlər gedir.
O bildirib ki, bunlarla bağlı sərəncam və qərar da var.
"Bununla bağlı hökumətə təkliflər təqdim olunmalıdır. Sahibkarları da bu işə cəlb etməklə yay mövsümü ərzində işlər sürətlənəcək. Elektromobillərin satışını təşkil edən dillerlər artıq öz satış və servis mərkəzlərində elektrikli avtomobillərin rahat şəkildə elektrikdoldurulma məntəqələrini quraşdırıblar. Ölkəmizdə fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələrinin bir bölümü elektrikdoldurma məntəqəsi kimi fəaliyyət göstərməlidir. Beləcə bu problem də öz həllini tam tapmış olar", - deyə ekspert qeyd edib.
Qeyd edək ki, bu tədbirlərdən sonra ölkəyə elektromobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən il Azərbaycana 125 milyon 268 min ABŞ dolları dəyərində 3 102 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da 2022-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə və 6,4 dəfə, 2021-ci illə müqayisədə isə 36,2 dəfə və 19,4 dəfə çoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay