Bank
14.05.2024 / 13:54
Valyuta hərracında dollara tələb 100 mln. dolları ötüb
48069
14 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Valyuta.az xəbər verir ki, hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
Mərkəzi Bank qeyd edib ki, tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay