ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üzrə inflyasiya proqnozunu kəskin azaldıb.
Valyuta.az xəbər verir ki, "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 3,1%-dən 1,6%-ə endirib. Bu isə korporasiyanın aprel proqnozu ilə müqayisədə 1,5% bəndi azdır. ING 2025-ci ildə inflyasiya proqnozunu 3,8 %, 2026-cı il üzrə isə 4,2% müəyyən edib.
Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 0,1 %, üçüncü rübündə 1,3 %, dördüncü rübündə isə 2,6 % səviyyəsində gözlənilir.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-aprel ayları üzrə inflyasiyanın 0,7% olduğunu açıqlayıb.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay