Ekologiya
14.05.2024 / 05:23
Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video
48022
Bir neçə gün əvvəl Lənkəranda baş verən zəlzələ çay daşlarından keyfiyyətsiz tikilən evlərdə müəyyən çatlar yaradıb. Ancaq, xırda çatlar güclü zəlzələdən xəbər vermir. Ümumiyyətlə, Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilməz.
Valyuta.az xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Baş Seysmoloq deyib ki, Lənkəranda baş verən zəlzələnin dərinliyi 20 km olduğuna görə silskələnmə böyük əraziləri əhatə edib. Hətta Qarabağda belə 3 bala kimi hiss olunub.
Yeri gəlmişkən, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli isə Qarabağda yarılacaq ilk seysmoloji stansiya barədə danışıb.
Daha ətraflı Xəzər Xəbərin videomaterialında:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay