Britaniya 2025-ci ildə G7-nin ən zəif iqtisadiyyatına çevriləcək
Böyük Britaniya 2025-ci ildə G7 ölkələri qrupunda ən yavaş inkişaf edən iqtisadiyyata və Almaniyadan sonra ən pis nəticə göstərən ikinci iqtisadiyyata çevriləcək.
Valyuta.az xəbər verir ki, bu barədə "Politico" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozuna istinadən yazıb.
OECD analitikləri Böyük Britaniya ÜDM-in artım proqnozunu bu il 0,4%-ə, 2025-ci ildə isə 1%-ə endiriblər. Əvvəlki hesablamalar müvafiq olaraq 0,7% və 1,2% artım təklif edirdi.
Bundan əvvəl Britaniyanın maliyyə sektoruna xarici kapitalın kəskin şəkildə düşməsi barədə məlumat yayılmışdı. 2023-cü ildə investisiyaların həcmi iki dəfə azalaraq 1 milyard funt-sterlinqə (1,25 milyard dollar) çatıb. Sektor Nyu-Yorkdan və Brexitdən sonra Paris və Amsterdam kimi böyük Avropa maliyyə mərkəzlərindən IPO üçün şiddətli rəqabətlə üzləşib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay