BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
47121

"AstraZeneca" Oksford Universiteti ilə birlikdə hazırladığı koronavirus peyvəndinin nadir bir əlavə təsirə səbəb ola biləcəyini ilk dəfə etiraf edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyada davam edən məhkəmə işi zamanı üzə çıxıb.

Belə ki, 2021-ci ilin aprelində Covid peyvəndi vurulan Cemi Skot adlı şəxsin beynində laxtalanma baş verib. Beynindəki zədə səbəbindən iş qabiliyyətini itirən 2 uşaq atası "AstraZeneca"yı məhkəməyə verib.

Peyvənddən sonra oxşar problemləri olduğunu iddia edən 51 nəfərin də məhkəməyə müraciət etməsindən sonra iş böyüyüb.

Hüquqşünaslar "AstraZeneca"-Oxford peyvəndinin "qüsurlu" olduğunu və bir çox ailədə dağıdıcı əlavə təsirlərə səbəb olduğunu iddia edib.

Şirkət daha əvvəl iddiaları rədd etsə də, sonradan vaksinin nadir hallarda TTS-ə səbəb ola biləcəyini etiraf edib.

"AstraZeneca"yı məhkəməyə verən qurbanlar və onların qohumları 100 milyon funt-sterlinqə qədər təzminat tələb edirlər.

Xatırladaq ki, sözügedən peyvəndin tətbiqindən bir neçə ay sonra elm adamları vaksinin ciddi əlavə təsirlərini müəyyən etdikləri üçün 40 yaşdan aşağı olanlara alternativ olaraq digər peyvəndləri vurdurmağı tövsiyə edirdilər.

"AstraZeneca"nın bu günə kimi İngiltərədə bu vaksinin vurulduğu 50 milyon nəfərdən 73-nün ölümünə səbəb olduğu deyilir.

Qeyd edək ki, trombositopeniya sindromu ilə tromboz (TTS) qan laxtalarının meydana gəldiyi və eyni zamanda trombositlərin sayının azaldığı bir tibbi vəziyyətdir. Bu laxtalar tez-tez bədənin müxtəlif yerlərində, xüsusən də beyin, qarın və ya ayaqların dərin damarları kimi böyük damarlarda əmələ gələ bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin