Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir
Təbii qaz idxal mənbələrini diversifikasiya etmək üçün Türkiyə ABŞ-ın neft və qaz şirkəti "ExxonMobil" ilə mayeləşdirilmiş təbii qazın (LNG) uzunmüddətli tədarükü üçün danışıqlar aparır.
Valyuta.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.
Türkiyənin energetika naziri Alparslan Bayraktarın sözlərinə görə, Ankara illik 2,5 milyon ton LNG tədarükü üçün "ExxonMobil" ilə on illik müqavilə bağlamağı gözləyir.
Bayraktarın sözlərinə görə, bu addım Rusiya ilə 2025-ci ildə və İranla 2026-cı ildə uzunmüddətli qaz müqavilələrinin başa çatması ərəfəsində ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub.
"Enerji təhlükəsizliyini təmin etmək üçün biz haradansa qaz almalıyıq. Bu, Rusiya, Azərbaycan, İran və ya LNG tədarükü ola bilər", deyə Energetika Nazirliyinin rəhbəri izah edib.
Hazırda Türkiyədə istehlak edilən qazın təxminən 40%-i boru kəmərləri ilə Rusiyadan idxal edilir. Təchizatçıların diversifikasiyası tək mənbədən asılılığı azaldacaq. Bundan əlavə, LNG tədarükü alternativ marşrutların və təchizatçıların seçimində daha çox çeviklik təmin edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay