“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb
“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, aprelin 23-dən etibarən debet kartlara “Trendyol” üzrə ödənişlərdə təklif edilən keşbek 7%-dən 3%-ə endirilib. Xarici valyutalı debet kartlarla nağdsız ödənişlərinizdə isə 0,5% keşbek təklif edilir. Bank bu ödənişlərə görə yalnız kredit kartları üzrə 7% keşbek təklif edir. Bundan əlavə, müştərilər hər bir Bolkart üzrə aylıq maksimum 15 AZN keşbek qazana bilər.
Qeyd edək ki, bundan əvvəl bank mart ayında aylıq maksimal keşbek limitini əsas xidmət kateqoriyaları üzrə 3 dəfədən çox azaltmışdı. Bu isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olmuşdu.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35%-i "NAB Holdinq"ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "AFB Bank" ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i "Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
Leyli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay