MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır
Bir həftədir ki, Zaporojye Atom Elektrik Stansiyasında yeni dron hücumları qeydə alınmayıb, lakin vəziyyət gözlənilməz olaraq qalır.
Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin saytında yerləşdirilən məlumatda deyilir.
“Bir həftə əvvəl baş verən hadisədən sonra yeni dron hücumları ilə bağlı xəbərlər almamışıq, lakin biz təcrübədən bilirik ki, vəziyyət hər an kəskin şəkildə pisləşə bilər”, - təşkilatın nümayəndəsi Rafael Qrossi deyib.
Agentlik xatırladıb ki, aprelin 18-də Zaporojye AES reaktor simulyatoru gəmisinə pilotsuz təyyarə ilə hücum cəhdi barədə məlumat verib.
Saytdakı agentliyin mütəxəssisləri bazar ertəsi stansiyanın təlim mərkəzində olublar. "Onlar dam örtüyünü görə bilməyiblər, lakin təlim mərkəzinin nümayəndəsi bildirib ki, bu halda ona heç bir ziyan dəyməyib. O, əlavə edib ki, buna baxmayaraq, bu, heyət üçün stresli və qorxulu təcrübədir", - MAQATE-nin bəyanatında deyilir.
Zaporojye AES Enerqodarda yerləşir və ümumi gücü 6 QVt olan altı enerji blokundan ibarətdir. Bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci ilin fevral ayının sonunda obyekt Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay