Dünya
26.04.2024 / 07:59
ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır
46943
Rəsmi Vaşinqton Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika şirkətləri ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır.
APA-nın məlumatına görə, bu barədə “Politico” qəzeti iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onların fikrincə, bu yolla Amerika administrasiyası Kiyev üçün cümə günü elan oluna biləcək ən böyük yardım paketlərindən birinə “son nöqtələri” qoyur.
Mənbələrin bildirdiyinə görə, bura "Patriot" hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, dronlar, əks PUA-lar və hava-hava raketləri daxil olacaq.
Qeyd olunur ki, müqavilələrin bağlanması üçün vəsait ABŞ Konqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardan ayrılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay