Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı
Dosent Maksim Çirkovun sözlərinə görə, dondurulmuş Rusiya aktivləri Ukraynaya verilərsə, Rusiya Qərbin vəsaitlərini müsadirə edərək, onları öz büdcəsinə qaytaracaq.
Valyuta.az xəbər verir ki, bu barədə o, Ura.ru saytına bildirib.
Ekspert iddia edir ki, Qərbin xeyli miqdarda aktivləri Rusiyada dondurulub və bundan cavab tədbiri kimi istifadə etmək olar. Bu, dəymiş ziyanı ödəməyə və Rusiya yurisdiksiyasına inamı qorumağa imkan verəcək.
Çirkovun fikrincə, aktivlərin Kiyevə ötürülməsi dolların ucuzlaşmasına və rublun möhkəmlənməsinə gətirib çıxaracaq ki, bu da Qərbin maliyyə sisteminə inamı daha da sarsıdacaq. İqtisadçı əlavə edib ki, Qərbin tətbiq etdiyi sanksiyalar artıq Rusiya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edib və bu, Rusiya Federasiyası Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının bir hissəsinin dondurulmasına gətirib çıxarıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay