Tramp ABŞ-ı dünyanın qalan hissəsi üçün zibilxana adlandırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika iqtisadiyyatını dəyərsiz və ölkəni dünyanın qalan hissəsi üçün zibilxana adlandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Action News" məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden tarixdə ən pis Amerika lideridir. Baydenin immiqrasiya siyasətlərindən danışan Tramp deyib ki, ABŞ dünyanın qalan hissəsi üçün zibilxanaya çevrilib.
Tramp ABŞ-a qeyri-qanuni yollarla gələnlərin keçmiş məhbuslar olduğunu vurğulayıb. Sabiq prezident həmçinin yaxın gələcəkdə hazırkı dövlət başçısı ilə istənilən vaxt debat üçün görüşməyə hazır olduğunu bildirib.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Tramp Respublikaçılar Partiyasından, hazırkı prezident Co Bayden isə Demokratlar Partiyasından namizədliyini irəli sürür. Hər iki namizəd yaşı ilə seçilir: Trampın 77, Baydenin isə 81 yaşı var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay