BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
46726

Məlum olduğu kimi, yanğın, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı və s. hallar nəticəsində “icbari sığorta olunan” daşınmaz əmlaklar məhv olarsa, yaxud ziyan dəyərsə, məsul şəxslər barəsində Cinayət Məcəlləsinin 225-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət təqibi aparılır. İstintaqdan sonra iş məhkəməyə göndərilir. Bəzən məhkəmə prosesləri illərlə çəkə bilir. Məhkəmənin sonunda ya şəxsin təqsiri müəyyən edilir, ya da şəxs bəarət alır.

Belə olan halda sığorta şirkətləri uzun məhkəmə proseslərinin sonuna qədər sığortalıları gözlətməlidirmi? Yoxsa hadisənin baş verməsi haqqında səlahiyyətli orqanın ilkin təsdiqedici sənədini aldıqdan sonra sığortalılara kompensasiya verməlidir? Kompensasiya verilmədiyi halda sahibkar hansı müddətdə pozulmuş hüquqlarının bərpası ilə bağlı bağlı məhkəmə orqanlarına müraciət etməlidir?

Bu suallarla əlaqədar Ədliyyə Nazirliyinə müraciət etdik. Nazirliyin Qanunvericilik Baş İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, normativ hüquqi aktın normaları Milli Məclis və Konstitusiya Məhkəməsi tərəfindən rəsmi şərh edilir. Eyni zamanda qeyd edilib ki, icbari sığorta sahəsində sığortaçıların fəaliyyətinə nəzarət və tənzimləmə funksiyalarının Mərkəzi Banka aid olduğunu nəzərə alaraq məsələ ilə əlaqədar həmin quruma müraciət olunması məqsədəuyğundur.

Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsindən sığorta üzrə ekspert Rafayıl Çobanovun sorğusuna cavab olaraq bildirilib ki, icbari sığortalar üzrə sığorta ödənişi (sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi) almaq hüququ o halda yaranır ki, "İcbari sığortalar haqqında" Qanunun xüsusi hissəsində nəzərdə tutulan sığorta hadisəsi və hallar baş vermiş olsun: “Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi hesab olunan halların dairəsi Qanunun xüsusi hissəsinin 36-cı maddəsində əks olunur. Belə ki, 36.1-ci maddədə göstərilən hallar nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud digər formada itkisi sığorta hadisəsi hesab olunur (36-cı maddə əlavə olunur). Göründüyü kimi daşınmaz əmlakın icbari sığortası üzrə hər hansı halın sığorta hadisə hesab edilməsi heç bir təqsirlə əlaqələndirilməyib. Yəni daşınmaz əmlakın icbari sığortası növündə hadisə baş verdikdə hər hansı şəxsin təqsirinin müəyyən edilməsi tələb olunmur”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın məsələ ilə bağlı mövqeyi budur ki, daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi yetərlidir. Yəni hadisə baş verdikdə kompensasiya üçün təqsirkarı müəyyən edən hökm, qərar və s. sənədlər gözlənilməməlidir. 

Məsələ ilə bağlı BDU-nun dosenti, Sığorta hüququ dərsliyinin müəllifi Mübariz Yolçiyev qeyd edib ki, sığorta şirkətinin sığorta ödənişi barədə qərarı təxirə salmaq hüququ yoxdur: “Sığorta ödənişi barədə qərarın təxirə salınması” haqqında Mülki Məcəllənin 932-ci maddəsi 29 oktyabr 2013-cü il tarixli Qanunla (804-IVQD) ləğv edilib. Ona görə də analoji hadisələr zamanı cinayət işinin başlanması barədə qərar, yanğın nəzarət orqanının yanğın haqqında aktı və ya təqsir müəyyən edilmədiyinə dair arayış əsasında təxirə salınmadan mütləq sığorta ödənişi verilməlidir. Əks halda sığortalılar 3 il müddətində məhkəmədə uğurlu iddia qaldıra bilərlər”.

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin