BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
46675

Almaniyanın tikinti materialları istehsalçısı "Knauf" şirkətin işğal olunmuş Mariupolda tikinti işlərində iştirakı məlum olduqdan sonra Rusiyanı tərk etmək və Rusiya biznesini yerli rəhbərliyə təhvil vermək niyyətində olduğunu açıqlayıb.

Valyuta.az xəbər verir ki, bu barədə "The Moscow Times" məlumat yayıb.

"Mövcud hadisələrin fonunda "Knauf Group" 30 ildən çox fəaliyyət göstərdikdən sonra Rusiyadakı biznesindən imtina etmək qərarına gəlib", deyə şirkətin açıqlamasında bildirilir.

Aprelin əvvəlində "ARD Monitor" jurnalistləri "Knauf"un 2022-ci ilin yazında Rusiya ordusu tərəfindən ələ keçirilən Mariupolda tikintidə iştirakı ilə bağlı araşdırma dərc etmişdilər. Mariupola sement tədarük etməklə yanaşı, "Knauf" Rusiya Federasiyası Müdafiə Nazirliyinin sifarişi ilə tikilən yaşayış binasının tikintisində də iştirak edib. Şirkət özü Rusiyanın Ukraynaya qarşı müharibəsini pislədiyini və Aİ-nin bütün sanksiyalarına sadiq qaldığını bəyan edib. "Rusiyada istehsal olunan "Knauf" məhsulları yalnız Rusiya bazarı üçün nəzərdə tutulub", deyə şirkət vurğulayır.

Eyni zamanda, Bundestaq "Knauf"u “işğal olunmuş rayonlarda (Ukraynanın-red.), xüsusən də Mariupolda Rusiyanın gücünü möhkəmləndirməkdə” ittiham edib. "Tikinti materialları, ümumiyyətlə, Aİ sanksiyalarına məruz qalmasa belə, şirkət bilməlidir ki, müharibənin aparılmasına dolayısı ilə kömək edir", sanksiya hüququ üzrə ekspert Viktor Vinkler bildirib.

"Knauf" Rusiyadakı ilk aktivini 1993-cü ildə əldə edib. Bunlar Krasnoqorskdakı istilik izolyasiyası və gips məhsulları zavodunun payları idi. Lakin hələ 1970-ci illərdə şirkətin təsisçiləri bəzi sovet alimləri və institutları ilə təcrübə mübadiləsi aparıblar.

Paşa Məmmədli
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu 285 manat olacaq

Deputatdan təklif: “Çoxuşaqlı ailələr daha tez pensiyaya çıxsın, daha yüksək pensiya alsın?

SOCAR-ın törəmə şirkəti ötən il 11,5 milyon manat xalis mənfəət əldə edib

Sabah leysan yağacaq

Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"

İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi

"Bakı Şərab-1"lə "Green Mebel" arasında icarə qalmaqalı

“A-Qroup Sığorta Şirkəti"nin yığımı 1 milyon manatdan çox azalıb

Bankların aktivləri 50 milyard manata yaxınlaşır

Bu rayonun 24 kəndində qaz kəsiləcək

10 ayda verilən ipoteka kreditlərinin məbləği açıqlandı

Xaricə yod satışından gəlirimiz 4 milyon dollara yaxın azalıb - Rəqəmlər

Bank sədri edam cəzasına məhkum edildi

Bank sədri edam cəzasına məhkum edildi

Deputatdan pensiya yaşı ilə bağlı TƏKLİF

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manata yaxınlaşıb

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədi keçdi

"Temu"dan şikayətlər ARTIR: Aldanmamaq üçün nələrə diqqət etməliyik?

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi qurum niyə ləğv edilib?

Şəhid ailələri ilə bağlı daha bir - Qərar

"Apple" "iPhone"da SIM kartdan imtina edəcək

Neftimizin qiyməti 75 dolları keçdi

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 23%-ə yaxın azalıb

Evlərini kirayəyə verənlər nə qədər vergi ödəyəcək?

“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib

COP29-un ticari-iqtisadi sahələrə təsiri necə oldu?

Azərbaycanda qarın hündürlüyü 13 sm olub - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin