BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
46656

“Kölgə iqtisadiyyatı”nın əhatə dairəsinin azaldılması, vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi və uçot intizamının yüksəldilməsi dövlət vergi orqanları qarşısında duran əsas hədəflərdəndir. Bu məqsədlə bazar iştirakçıları arasında əməliyyatların şəffaflaşdırılması və sənədləşdirmə səviyyəsinin qaldırılması baxımından vergi orqanları tərəfindən mütəmadi tədbirlər həyata keçirilir.

Valyuta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin və xərclərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifəsidir. Vergi ödəyicilərinin təsərrüfat əməliyyatlarını sənədləşdirməyə təşviq edilməsi, uçot intizamının yaradılması məqsədilə sənədsiz xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Bununla belə, bəzi sahələrdə faktiki xərclərin çəkilməsinə baxmayaraq, həmin xərclərin sənədlərlə rəsmiləşdirilməsində çətinliklərin mövcudluğunu nəzərə alaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli Qanunun “Keçid müddəaları”nın 2.1-ci maddəsinin müddəalarına görə, sənədlərlə rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasının məhdudlaşdırılması 2025-ci il yanvarın 1-dək 50 faiz rentabellik nəzərə alınmaqla tətbiq olunacaq. 2025-ci ilin yanvarın 1-dən etibarən qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilməyəcək.

Eyni zamanda, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəətin (gəlirin) müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuş rentabellik norması aşağı həddə idi ki, bu da öz növbəsində vergi ödəyicilərində uçot aparmağa maraq yaratmır və çəkindirici xarakter daşımırdı. Bununla bağlı, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyənləşdirmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ləğv edilib. Həmçinin sənədləşdirilməyən xərclərin gəlirdən çıxılmayacağı nəzərə alınaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ləğv edilib.

Nümunə: A MMC tərəfindən vergi orqanına təqdim edilən mənfəət vergisinin hesabatında 120.000 manat gəlir, 100.000 manat xərc əks etdirilib və 4.000 manat mənfəət vergisi hesablanıb. Lakin vergi orqanı tərəfindən kameral vergi yoxlamasında xərclərə dair sənədlərin tələb edilməsi zamanı cəmiyyət tərəfindən gəlirlərin rəsmiləşdirildiyi, lakin xərclərin 30.000 manat hissəsinin sənədlərlə təsdiqini tapdığı, 70.000 manat hissəsinin isə rəsmiləşdirilmədiyi müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin