Estoniya baş naziri BVF tərəfindən ölkəyə birbaşa nəzarət riskindən danışdı
Estoniyanın baş naziri Kaja Kallas öz kabinetinin əleyhdarlarını vergiləri artırmaqla dövlət büdcəsini tarazlaşdırmağın zəruriliyini başa düşmədiklərinə görə tənqid edib.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti hökumət başçısının Estoniyanın “Vikerraadio” radiosunda son çıxışına istinadən yazır.
Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Estoniyanın büdcə kəsiri ÜDM-in 3,5%-i və ya 1,3 milyard avro təşkil edəcək, 2024-cü ildə isə bu rəqəm ÜDM-in 5,3%-i və ya 2,2 milyard avroya yüksələcək.
“Vəziyyət ağır olaraq qalır və sərt qərarlar davam etməli olacaq. Əks halda BVF nümayəndə heyəti ölkəyə daha da sərt tələblərlə gələ bilər”, - Kallas xəbərdarlıq edib.
Estoniya iqtisadiyyatı ardıcıl altı rübdür ki, uzunmüddətli tənəzzüldədir. 2022-ci ildə ÜDM cari qiymətlərlə 3% azalaraq 38 milyard avroya düşüb. Səbəblər Rusiya ilə əlaqələrin kəsilməsi fonunda Rusiyanın enerji resurslarından imtina nəticəsində enerji istehsalının dörddə bir azalması, sənayenin 25 faiz, nəqliyyat və logistika sektorunun isə 25 faiz azalması olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay