BAKU Azərbaycan
12.2°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
46588

Səsgücləndirici (meqafon) vasitəsi ilə Füzuli rayon İcra Hakimiyyəti başçısının ünvanına nalayiq sözlər deyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1989-cü ildə Füzuli rayonunun Əhmədalılar kəndində doğulmuş Vahid Zamanov (soyad şərti) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və məhkəmənin qərarı ilə 15 sutka həbs olunub. 

Vahid rayonun Əhmədalılar kəndinində fermer təsərrüfatı ilə məşğul olmaq qərarına gəlib və öz adına MMC təsis edib. O, MMC-nin sahəsini böyütmək üçün Əhmədalılar kəndinin bələdiyyəsinə və rayon İcra Hakimiyyətinə müraciət edərək, örüş otlaq sahəsinin onun adına rəsmiləşdirməsini istəyib. Amma nəticə əldə edə bilməyib və aprelin 17-də Horadiz şəhərində yerləşən "Saat dairəsi" adlanan yerdə olan saatın üzərinə çıxaraq meqafonla səs-küy salıb, İcra Hakimiyyəti başçısının ünvanına nalayiq sözlər deyib. 

Həmin şəxs bu hərəkəti ilə ictimai asayişi pozub, ətrafdakı insanların diqqətini özünə cəlb edib. Hadisə yerinə gələn polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Buna görə də saxlanılaraq, məhkəməyə çıxarılıb.

Qeyd edək ki, Əhmədalılar bələdiyyəsinin sədri Yaqub Quliyevdir. Onun həyat yoldaşı Vəfa Süleymanzadə isə əvvəllər sözügedən kəndin bələdiyyə sədri olub. Vəfa Süleymanzadə hazırda bələdiyyənin 9 üzvündən biridir. 

Onu da qeyd edək ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. O, 25 fevral 2011-ci ildən bu vəzifəni tutur.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə bağlı bu sənəd dəyişir

Kərə yağı adı ilə satılan daha 3 yağın tərkibində bitki yağı aşkarlandı

"Boranı" restoranında yanğın başlayıb

Azərbaycan bankları üçün yeni qaydanın tətbiqinə başlanılır – Bu aydan qüvvəyə minir

Azərbaycan bankları üçün yeni qaydanın tətbiqinə başlanılır – Bu aydan qüvvəyə minir

Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib

32 milyon manata 500-dən çox yeni iş yeri - Kreditlər artıb

Neftimizin qiyməti 73 dollara düşüb

Nəqliyyat şirkətinin mənfəəti bölüşdürüləcək

Qızılın qiyməti rekord bahalaşdı

Azərbaycanda 39 məktəb bağlanıb

4 vəkilə xəbərdarlıq edildi - İkisinə isə töhmət verildi

Rubl bahalaşdı, lirə və avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Deputatlar toplaşır- Baş nazir hesabat verəcək

Düşüncə tərziniz həyatınızı necə şəkilləndirir? - SƏHƏR OXUSU

Düşüncə tərziniz həyatınızı necə şəkilləndirir? - SƏHƏR OXUSU

ATU milyon yarım milyonluq dərman alır

Səhiyyə Nazirliyi tibb müəssisəsinin tikintisinin davamına daha 18 milyon ayırdı

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin