ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin I rübündə dövlət büdcəsinə 3 milyard 195.3 milyon manat vəsait transfert edib.
Valyuta.az ARDNF-yə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, ARDNF 2023-cü ilin I rübündə dövlət büdcəsinə 1 milyard 576 milyon manat vəsait transfert edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü il 1 aprel tarixinə qədər ümumi 146 346,2 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay