ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi
Ukraynada müharibə başlamazdan əvvəl Moskva və Pekin "sərhədsiz tərəfdaşlıq” elan etdilər və o vaxtdan bəri iki ölkə liderləri yaxın münasibətləri daha da inkişaf etdirməyə hazır olduqlarını dəfələrlə təsdiqləyiblər. Lakin indi Birləşmiş Ştatlar hesab edir ki, "Çin Kommunist Partiyasının (ÇKP) Rusiya ilə sərhədsiz tərəfdaşlığına qiymət qoymağın vaxtı çatıb”.
Qaynarinfo "The Mocsow Times”a istindən xəbər verir ki, bunu ABŞ və ÇKP arasında Strateji rəqabət üzrə Nümayəndələr palatasının xüsusi komitəsinin sədri Mayk Qallaher deyib.
O, Rusiyaya maddi dəstək verən Çin hərbi şirkətlərinə sanksiya tətbiq etmək üçün ikipartiyalı qanun layihəsinin həmmüəllifi olub. Vaşinqton Ukrayna ilə müharibədə istifadə edilən silahların istehsalı üçün istifadə edilən komponentlərin Çindən tədarükündən getdikcə daha çox narahatdır.
"Çin hərbi-sənaye kompleksi kimi, Ukraynadakı dəhşətlərə töhfə verən istənilən şirkət Amerika sanksiyalarının bütün gücünü hiss etməyə layiqdir”, - Qallaher bildirib.
"No Limits Act” ("Limitsiz qanun”-red.) adlanan qanun layihəsi belə şirkətlərə "tam bloklayıcı sanksiyalara” məruz qalmadan əvvəl Rusiya bazarını tərk etmək üçün 180 gün vaxt verəcək. Belə şirkətlərin siyahısını ABŞ hökuməti tərtib edəcək. Bundan əlavə, hakimiyyət ABŞ texnoloji məhsullarının digər ölkələr vasitəsilə Rusiyaya daxil olmasının qarşısını almağa çalışır. Qanun layihəsində deyilir ki, Müdafiə Nazirliyi Çin vasitəsilə Rusiyaya daha çox axın edəcək ixrac texnologiyalarını müəyyən etməli və onlara daha sərt nəzarət yaratmalıdır.
İndi bir neçə nazirliyin nümayəndələri Amerika mikroelektronika istehsalçılarının baş ofislərində işləyir, onların törəmə müəssisələrinin və distribütörlərinin fəaliyyətini təhlil edirlər. Səlahiyyətlilər, xüsusən də istehsalçılardan məhsullarının "səyahətinin” hər mərhələsində ayıq-sayıq olmalarını, tədarük zəncirindəki hər kəsin məhdudiyyətlərə əməl etmələrini və qanunu pozanlarla əlaqəni dayandırmalarını istəyir.
Qallaheri tezliklə komitə sədri kimi əvəz edəcək həmmüəllif Con Mulenar bildirib ki, Çin və Rusiya "Amerika və müttəfiqlərimizə zərər vermək üçün birlikdə çalışırlar”. Onun sözlərinə görə, yeni qanun layihəsi "Rusiya ilə əməkdaşlıq edən və Çinin özünün silahlı qüvvələrinin modernləşdirilməsinə kömək edən Çindəki hərbi şirkətlərə qarşı sanksiyaların gücləndirilməsinə” yönəlib.
Xatırladaq ki, bu həftənin əvvəlində Dövlət Departamentinin sözçüsü Metyu Miller Ağ Evin Çindən Rusiyaya hərbi təchizatdan "inanılmaz dərəcədə narahat olduğunu” söyləyib. Dövlət katibi Entoni Blinken bu həftə G-7 toplantısında və gələn həftə baş tuta biləcək Pekinə səfəri zamanı bu məsələni qaldıracaq.
Cəmi 10 gün əvvəl ABŞ-ın Maliyyə Naziri Canet Yellen Pekinə səfərinin sonunda Çin banklarına anti-Rusiya sanksiyalarını pozmamaq barədə xəbərdarlıq edib. "Şirkətlər, o cümlədən Çin şirkətləri, müharibə aparan Rusiyaya maddi dəstək verməməlidirlər, əgər bunu etsələr, ciddi nəticələrlə üzləşəcəklər” deyə xəbərdarlıq edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay