BAKU Azərbaycan
11.01°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
46328

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilir ki, qurum tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmağı tövsiyə etmişik.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir.

Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır.

Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir.

İstənilən şəxs ünvanlı yardım, bu yardımın hansı ailələrə təyin edildiyi və s. barədə Nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/unvanli-dovlet-sosial-yardimi) ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər.

Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

©Müsavat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

“Azercell"də rəhbər vəzifəyə yeni təyinat

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb - Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin