Dünya
15.04.2024 / 18:59
“Mançester Siti”nin oyunçusu qiymətli malikanəsinə sauna quraşdırdı
46216
Jack Grealish və onun model sevgilisi Saşa Attvud öz malikanələrində fiziki durumlarını daim yüksək səviyyədə saxlamaq üçün İsveç saunası quraşdırıblar.
Valyuta.az xəbər verir ki, onlar bundan gündəlik iş kimi hər gecə həmin sunadan istifadə edirlər.
“The Sun”un məlumatına görə, “Mançester Siti”nin “Aston Villa”ya 117 milyon avro ödəyib transfer etdiyi Qrilişin sevgilisi ilə paylaşdığı malikanənin dəyəri 6,5 milyon avrodur. Məlumatda bildirilir ki, Qriliş hər gecə yeni İsveç saunasında 110 °C temperaturda ən azı 10 dəqiqə tərlədikdən sonra toksinləri bədənindən atmaq üçün bağçaya çıxır.
Futbolçu 2021-ci ildə “Aston Villa”dan 117,5 milyon avroya “Mançester Siti”yə transfer olunub.
Elmir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay