Statistika
13.04.2024 / 09:02
Xaricə yağ satışında 50 faizdən çox artım olub
46107
Cari ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 2 min 675 ton miqdarında bitki və heyvan mənşəli piylər və yağlar satıb.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 4 milyon 593 min ABŞ dolları olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 960 ton (56%), dəyər ifadəsi ilə 1 milyon 52 min ABŞ dolları dəyərində (29,7%) çoxdur. 2023-cü ilin yanvar-fevral aylarında bu, 1 min 715 ton miqdarında, 3 milyon 541 min ABŞ dolları dəyərində olub.
Qeyd edək ki, bu ilin ilk iki ayında ixrac olunan bitki və heyvan mənşəli piylər və yağlar ümumi ixracın 0,10 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay