Dünya
09.04.2024 / 13:15
Paşinyan Rusiyadan süd məhsullarının idxalına qadağa qoymaq istəyir
45980
Baş nazir Nikol Paşinyanın hakim “Mülki müqavilə” fraksiyasının üzvü Sisak Qabrielyan bildirib ki, Ermənistan Rusiya Federasiyasının oxşar hərəkətlərinə cavab olaraq Rusiya süd məhsullarının idxalını qadağan etməyi düşünməlidir.
Valyuta.az xəbər verir ki, bu barədə TASS yazıb.
“Hər gün mağazalara gedəndə görürük ki, erməni məhsulları daha az gözə dəyir, ancaq bizə məhsul göndərməyi qadağan edən bazar öz məhsulunu mağazalarımıza qoyur”, - deputat qeyd edib.
2023-cü ilin aprelində Rosselxoznadzor Ermənistan baytarlıq xidmətindən Rusiya istehlakçıları üçün məhsulların təhlükəsizliyinə zəmanət verə bilmədiyi üçün Rusiya Federasiyasına süd məhsullarının tədarükünü müvəqqəti dayandırmağı xahiş edib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay