BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
45890

Ukraynanın DTEK enerji holdinqi zədələnmiş enerji bloklarının ən azı 50%-ni bərpa etmək niyyətindədir.

Valyuta.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Maksim Timçenko bildirib.

"Zədələnmiş enerji bloklarının ən azı 50%-i yenidən şəbəkəyə qoşulacaq", - o deyib və Financial Times -a verdiyi şərhdə belə bir məqsədin yalnız enerji obyektlərinə yeni hücumlar olmadıqda real olduğunu vurğulayıb.

Timçenkonun sözlərinə görə, şirkət 2024-cü ilin oktyabrına qədər mümkün qədər çox enerji obyektini bərpa etməyi planlaşdırır. “Elektrik stansiyasını qısa müddətdə bərpa etmək mümkün deyil”, - o qeyd edib.

“Ukrenerqo”nun nümayəndəsi Mariya Tsaturyan “Financial Times”a verdiyi şərhdə vurğulayıb ki, kiçik yarımstansiyaları qoruyucu strukturlarla mühafizə etmək mümkündür, lakin bərpası “bir neçə ay, hətta illərlə davam edəcək böyük enerji obyektlərini əhatə etmək çox çətindir”.

Aprelin 3-də təsisçisi ən zəngin ukraynalı iş adamı Rinat Axmetov olan DTEK enerji holdinqi enerji sistemindəki vəziyyəti son dərəcə çətin adlandırıb. Mətbuat xidməti xatırladıb ki, martın 22 və 29-da baş verən hücumlardan sonra şirkət generasiya gücünün 80%-ni itirib, altı istilik elektrik stansiyasından beşi ciddi zədələnib. Aprelin 5-də “Bloomberg” agentliyinə müsahibəsində Timçenko təmir işlərinin dəyərinin 230 milyon dollar olacağını bildirib.

Martın 22 və 29-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji obyektlərinə, hava hücumundan müdafiə və hərbi sənaye kompleksinə yüksək dəqiqlikli silahların tətbiqi də daxil olmaqla hücumlar barədə məlumat verib. Ukraynanın energetika naziri German Qaluşenkonun verdiyi məlumata görə, ölkədə generasiya qurğuları, elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri zədələnib. Bir sıra ərazilərdə fövqəladə hallar zamanı elektrik enerjisinin kəsilməsi qrafiki tətbiq edilib. 

Nicat
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Prezident Siyavuş Kərimini vəzifədən azad etdi - Yeni təyinat

Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - Siyahı

Bank sektoru 913,7 milyon manat xalis mənfəət əldə edib

İlham Mirzəliyev vəzifəsindən uzaqlaşdırılır

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Qiymətli metallar, mədəniyyət məhsulları və daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Hesablama Palatasının saxlanması üçün 2025-ci ildə ayrılacaq vəsaitlərin istiqamətləri açıqlanıb

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Bitcoin 90 min dolları test etdi: Uzunmüddətli investorlar satış təzyiqini artırdı

Uzunmüddətli əmanətlərin həcmi sürətlə artır - SƏBƏB

Səhvən başqasının kartına köçürülən pul geri QAYTARILA BİLƏR?

EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq

Bankların kredit portfeli 27 milyardı keçdi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi

Əlilliyə görə pensiyaya çıxmaq üçün sığorta stajına aydınlıq gətirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin