Dolların 1,7 manat olmasından yeddi il ÖTÜR - Sabit məzənnə manata necə təsir edib?
ABŞ dollarının manata qarşı məzənnəsinin 1,7 səviyyəsinə düşməsindən 7 il keçir.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, dollar/manat məzənnəsi aprelin 6-da 1,714-yə, aprelin 7-də 1,703 səviyyəsinə düşüb. Məzənnənin 1,703 səviyyəsi 2017-cu ilin dekabrına kimi davam edib və həmin tarixdə 1,7 olub.
Yeddi il ərzində dolların məzənnəsinin sabit qalması manatla yığımları əlverişli edib.
Son 7 ildə dollarla olan vəsaitini evdə və ya bankda saxlayanlar real dəyər itkisi ilə üzləşiblər. Amma manatla yığım edib vəsaitini banklarda saxlayanlar ötən müddətdə vəsaitlərinin real dəyərini artıra biliblər. Ötən 7 ildə ölkəmizdə qiymətlər 61 faiz artıb. Qiymətlərin bu qədər artması eyni məbləğdə olan vəsaitlərin alıcılıq qabiliyyətini 38 faiz azaldıb.
Məsələn, 2017-ci ildə 1000 dollar olan vəsaitin alıcılıq qabiliyyəti inflyasiya səbəbindən əvvəlki dövrün 620 dollarına düşüb. Ötən müddətdə vəsaitini manata dəyişib banklara əmanət edənlər isə qazanclı çıxıb. Yeddi il ərzində manatla olan əmanətlər faizlər hesabına təxminən 100 faiz artıb.
Əvvəl 100 manat olan əmanətin nominal dəyəri yeddi il sonra 200 manata çatıb.
İnflyasiya amilini nəzərə aldıqda, manatla yığım edənlərin vəsaitlərinin real gəliri 25 faizə yaxın artıb. Yəni, 7 il əvvəl 1000 manat olan vəsaitin real dəyəri hazırda 125 manatdır. Manatla yığımların dəyərli olmasında məzənnənin sabit qalması və manatla əmanətlərə daha çox divident ödənilməsi mühüm rol oynayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay