Cənubi Koreya Ukraynaya yeni yardım paketi ayıracaq
Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Ço Tae-Yul Seulun Kiyevə 2,3 milyard dollar ayıracağını bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat yayıb.
Nəşr vurğulayır ki, Seul Kiyevə 2024-cü ildən göndərilməsi planlaşdırılan orta və uzunmüddətli yardım paketi təqdim etməyi planlaşdırır. O, həmçinin Ukraynaya Şimali Atlantika Yardımı Etimad Fondu vasitəsilə yaralı ukraynalı əsgərlərin reabilitasiyası üçün 12 milyon dollar təklif edəcək.
Bundan əlavə, nazir ölkənin Kiyevə öldürücü silahlar verməkdən imtina etdiyini təsdiqləyib.
Fevralın 14-də Cənubi Koreya Ukraynanın İdarələrarası Donor Koordinasiya Platformasına qoşulub.
Seul qeyd edib ki, platforma 2023-cü ilin yanvarında yaradılmış məsləhət orqanıdır və Ukrayna iqtisadiyyatının bərpasına yardım etmək və G7 ölkələrinin rəhbərliyi altında işləmək məqsədi daşıyır. Platformada Avropa Komissiyası, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da iştirak edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay