BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
45747

"İstifadə müddəti bitmiş ərzaq məhsulları yenidən etiketləndikdən sonra piştaxtalara qaytarılır”.

Bu barədə "Sputnik Azərbaycan”a Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda heyrətamiz vəziyyət yaranıb:

"Vaxtı keçmiş mallar satışdan çıxarılaraq distribyutora verilir, o da malı istehsalçıya qaytarır. Bundan sonra məhsul yeni qablaşdırmaya qoyulur və rəfə qaytarılır”, - deyə ekspert əmin edib.

O bildirib ki, dövlət qurumları bir neçə dəfə oxşar hallar aşkarlayıblar.

"Hər gün onlarla ton qidanın müddəti başa çatır. Bəs onda niyə onlar zibilliklərdə açıq şəkildə məhv edilmir? Ötən il AİB "Azərsun Holdinq”in təşəbbüsü ilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə keçirilən təxminən 100 tona yaxın saxlama müddəti ötmüş məhsulun zərərsizləşdirilməsi prosedurunda iştirak edib”, - deyə Hüseynov bildirib.

O qeyd edib ki, digər şirkətlər də bundan nümunə götürməlidirlər, lakin təəssüf ki, bu baş vermir.

AİB rəhbərinin fikrincə, xarab olmuş mallar ictimai yerlərdə məhv edilməlidir, ya da Azərbaycanda ərzaq məhsullarının izlənməsi və nəzarəti üçün bir çox ölkələrdə uğurla istifadə olunan xüsusi proqram tətbiq edilməlidir. Proqram müəyyən məhsulların yararlılıq müddətinin hansı mağazalarda bitdiyini izləməyə imkan verir. Üstəlik, bu proqram Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sisteminə inteqrasiya edilməlidir.

Xatırladaq ki, Azərbaycanda hələ də keyfiyyətsiz məhsullardan zəhərləmə halları mövcuddur. AQTA-nın məlumatına görə, 2023-cü ildə qida zəhərlənməsi ilə bağlı 763 şikayət daxil olub, 143 fakt təsdiqini tapıb. Ümumilikdə 1128 nəfər müayinə olunub, onlardan 285 nəfərin qida zəhərlənməsi diaqnozu təsdiqlənib. İki nəfər ölüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin